Rəsmi xronika
İlham Əliyev bu sazişi təsdiqlədi
Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat əldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:
a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;
b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;
c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.
Qeyd edək ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir


























.jpg)









