Rəsmi xronika
Mirziyoyev İlham Əliyevi təbrik etdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Əziz qardaşım, Sizi Əbu-Dabi şəhərində beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizin bu yüksək və nüfuzlu mükafata layiq görülməyinizi, ilk növbədə, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində yorulmaz səylərinizin, uzaqgörən və müdrik xarici siyasətinizə dərin hörmətin əyani təsdiqi kimi dəyərləndiririk.
Həqiqətən də 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Sizin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birgə Bəyannaməni imzalamağınız sülhə nail olunması yolunda tarixi əhəmiyyət kəsb edən böyük hadisə oldu.
Uzun illər davam etmiş münaqişənin siyasi-diplomatik vasitələrlə həllinə yönəlmiş qətiyyətli qərarınız, həmçinin Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu münasibətlərin bərpası, regional təhlükəsizliyin möhkəm mexanizmlərinin formalaşdırılması, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətindəki əməli səyləriniz yüksək təqdirə layiqdir.
Hörmətli İlham Heydər oğlu, Siz xalqın və dövlətin mənafeyi naminə sülhə yönəlmiş dialoqları necə aparmaq, ən çətin məsələləri belə dərindən düşünülmüş və cəsarətli qərarlar vasitəsilə necə səmərəli həll etmək nümunəsini bütün dünyaya aydın şəkildə nümayiş etdirdiniz.
Bu ali beynəlxalq mükafat münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və rifah, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıram".
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir










.jpg)





























