Rəsmi xronika
Tramp Zəngəzur dəhlizinə buna görə öz adını verib - Prezident açıqladı
Layihə (TRİPP) ABŞ administrasiyası üçün vacib olmasaydı, buna ABŞ Prezidenti öz adını verməzdi.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
"TRİPP layihəsi Donald Trampın adını daşıyır. Bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq. Əgər belə olmasaydı, Prezident öz adını verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq. Biz tamamilə əminik ki, ABŞ bunun hissəsi olacaq".
İlham Əliyev deyib ki, informasiyaya görə, ABŞ və Ermənistan elə bir şirkət təsis etmək istəyirlər ki, o, fiziki olaraq tikinti işləri aparsın və sərmayələr yatırsın:
"Açıq mənbələrdən bilirik ki, 76% səhmlər ABŞ-yə məxsus olacaq, qalanı Ermənistana. Bu, birinci 49 il ərzində olacaq. Daha sonra növbəti 49 illik müddət olacaq. Əgər bu format funksional olsa, bir əsr qüvvədə olacaq".
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









