Rəsmi xronika
İlham Əliyev bu meyarları təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, yenilənmiş sənədlərə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 min dolların manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınacaq. Bu maddədə qeyd olunan dövriyyəsi 10 min dolların manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Bundan başqa, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
-
Region15:12Tibbi sığorta sisteminin fiaskosu: Ermənistanda həkimlərin etirazı başladı
-
Nida Xəbər 14:40İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT
-
Rəsmi xronika14:08Prezident dəyişikliyi imzaladı: Azərbaycanda...
-
Avropa13:34"Epşteyn işi" kral ailəsində qalmaqal yaratdı: 20 illik uçuş sirri yoxa çıxıb
-
Magazin112:22Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu - FOTO/VİDEO
-
İdman11:50Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır - Fotolar
-
Rəsmi xronika11:34Prezident onları təltif etdi - SİYAHI
-
Rəsmi xronika11:27İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi





































