Rəsmi xronika
İlham Əliyev fərman imzaladı
Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.
Şuranın üzvləri isə aşağıdakılardır:
Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
rəqəmsal inkişaf və nəqliyyat naziri
elm və təhsil naziri
ədliyyə naziri
maliyyə naziri
iqtisadiyyat naziri
Mərkəzi Bankın sədri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru.
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb, və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Həmçinin müəyyən edilib ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Bundan başqa, Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, eləcə də dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.
Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
-
Qoroskop00:45Günün qoroskopu: Həyat sizdən ciddi addımlar gözləyir...
-
Sosial13 Aprel 23:00Bakıda bu binalar plana düşdü
-
Magazin113 Aprel 22:32"Komadan çıxacağıma inanmırdılar, amma ölmədim"
-
İdman13 Aprel 22:18Mourinyo bu klubun rəhbərlərini biabır etdi
-
Ekologiya13 Aprel 20:48Aprel ayında Azərbaycana hava sürprizi - Ciddi risk var?
-
Region13 Aprel 20:24İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq













.jpg)


















