Rəsmi xronika
İlham Əliyev sərəncam imzaladı
Cari ilin iyununa qədər hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs müəyyənləşdiriləcək.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.
Sərəncama əsasən, 2026-cı ilin iyununa qədər aidiyyətu qurumlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, Sİ və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin təsbit edilməsi və onun fəaliyyətinin müvafiq sahələr üzrə müəyyən edilmiş strateji hədəflərlə əlaqələndirilməsini təmin etməlidir.
Məsul şəxslərin vəzifə təlimatlarının yenilənməsi və hər bir qurum üçün “ƏFG kartı” (xidmətlərin rəqəmsallaşma faizi, kiberinsidentlərin sayı və s.) təsdiq ediləcək. Eyni zamanda rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə mütəxəssislərin dövlət qurumlarında əməkhaqqı sisteminə yenidən baxılması Məsul şəxslərin performansının bu ƏFG-lər əsasında rüblük qiymətləndirilməsi üçün RİNN tərəfindən idarəetmə panelinin istismara verilməsi Məsul şəxslərin mükafatlandırılması və fəaliyyətinin davamlılığının hədəflərə çatma dərəcəsindən asılı hala gətirilməsi təmin ediləcək.
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı














.jpg)











.jpg)









