Rəsmi xronika
Namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək... - İlham Əliyev
Prezident İlham Əliyev İranın Naxçıvana dron hücumunu çirkincə, namərdcə, nakişi kimi zərbə adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
"Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - dövlət başçısı əlavə edib.
Prezident deyib ki, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək:
"Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər".
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


































