Rəsmi xronika
İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.
Publika.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.
Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.
Xalqlar arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.
Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi.
Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu, ikitərəfli münasibətlərimizin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
-
Magazin222:36Dua Lipanın toy geyimindəki detal pərəstişkarlarını çaşdırdı - FOTO
-
İdman22:24“Fənərbağça” Levandovskiyə nələr təklif edib? - Detallar
-
Magazin122:12Əməkdar artist 38 il əvvəl - FOTO
-
Kriminal22:00“İçkiyə görə toy yasa döndü” - Video
-
Magazin121:48Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Avropa21:1223 il davam edən boşanma prosesi başa çatdı
-
İdman20:40Messinin nəhəng heykəlini belə yıxdılar - VİDEO
-
Yaxın Şərq20:12İsa peyğəmbərin lənətlədiyi kənddən görün nə tapıldı - FOTO
























.webp)










