Rəsmi xronika
İlham Əliyev beynəlxalq təhlükəsizlik sistemi üçün əsas riskləri açıqladı
Dünyada yeni gərginlik ocaqları və uzunmüddətli münaqişələrin mövcudluğu beynəlxalq təhlükəsizlik sisteminə və beynəlxalq hüquqa təhlükə yaradır.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxış edərkən bildirib.
"Beynəlxalq hüquq normalarına riayət olunmadıqda, dövlətlərin ərazi bütövlüyü pozulduqda və beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmadıqda, bu, beynəlxalq nizamın əsaslarını sarsıdır", - İlham Əliyev deyib.
Prezident qeyd edib ki, müxtəlif böhranlar və digər prosesləri yaşamış bir ölkə kimi Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət üçün faydalı ola bilər:
"İşğalı, etnik təmizləmələri və soyqırımı yaşamış, öz suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc yolu ilə bərpa etmiş, daha sonra isə məğlub edilmiş düşmənə sülh təklif etmiş bir ölkənin unikal təcrübəsi - bu, bizim beynəlxalq ictimaiyyətlə bölüşə biləcəyimiz bir təcrübədir".
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq



































