Rəsmi xronika
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi
Beynəlxalq ictimaiyyət Ermənistanla münaqişənin nizamlanması məsələsində Azərbaycana qarşı seçici yanaşma tətbiq edirdi.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
"Biz beynəlxalq ictimaiyyətin kifayət qədər diqqət ayırmamasından və münaqişənin nizamlanması ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların seçici yanaşmasından əziyyət çəkirdik", - o bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının (işğal olunmuş Azərbaycan ərazilərindən - red.) çıxarılmasını tələb edən qətnamələri demək olar ki, 30 il ərzində yalnız kağız üzərində qalması ilə üzləşmişdi.
"Bizim halımızda suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edənə qədər uzun illər, demək olar ki, 30 il tələb olundu. Biz bunu BMT Nizamnaməsinə, özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəyə uyğun olaraq etdik", - İlham Əliyev əlavə edib.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq



































