Rəsmi xronika
Prezident Şahbaz Şərifi təbrik etdi
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
Publika.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.
Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.
Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.
Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.
Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.
Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".
-
İdman12:40Məşqçi işdən çıxarılana qədər açıq-saçıq foto paylaşmağı dayandıracağam - Model
-
Ekologiya12:10Yağıntılar intensivləşəcək - Xəbərdarlıq
-
Qarabağ 11:00Erməni hərbi ekspert: "Qarabağ müharibəsi hələ bitməyib!"
-
İdman10:42Ronaldonun 15 yaşlı oğlu 27 yaşlı modellə eşq yaşayır? - Foto
-
Sağlamlıq10:30Uşaqlardakı bu simptom ağır xəstəliyin xəbərçisi ola bilər - Həkimdən xəbərdarlıq
-
Magazin210:00Rusiyada xarici agent elan edilən məşhur musiqiçi Britaniya vətəndaşlığı aldı
-
Banklar 09:00İnternet olmayanda da bankomatlar işləyəcək - Unikal layihə
-
Səhiyyə08:48İnsult və infarkt ən çox bu saatlarda baş verir
























.jpg)




.jpg)
.jpg)








