Rəsmi xronika
Azərbaycanda sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək
Azərbaycanda "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də dəyişiklik olacaq.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişiklik edib ölkə Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)

























