Rəsmi xronika
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncama əsasən, ölkədə bu sahənin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, ixrac potensialının artırılması və yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini 4 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Sənədə əsasən, proqram çərçivəsində özəl sektor layihələrinin nəzərə alınması, dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi və sənayenin rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlər görüləcək.
Eyni zamanda, Azəralüminium MMC üzrə istehsal gücünün artırılması planlaşdırılır. Belə ki, elektroliz zavodunun tamamlanması ilə 2030-cu ilədək illik istehsalın 100 min tona, alüminium yayma məhsullarının isə 50 min tona çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, kalsinasiya və anodbişirmə zavodunun tikintisi, enerji və nəqliyyat tariflərinin təkmilləşdirilməsi, eləcə də sahəyə əlavə investisiyaların cəlbi istiqamətində tədbirlər görüləcək.
Sərəncama əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir və onun aktivləri “Azəralüminium” MMC-nin balansına verilir.
Həmçinin, şirkətin borclarının tənzimlənməsi, müəyyən öhdəliklərin silinməsi və maliyyə məsələlərinin dövlət büdcəsi hesabına həlli nəzərdə tutulur.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)

























