Rəsmi xronika
Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırdı
Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.
“1tv.ge” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. “Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir”, - deyə sayt yazıb.
Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.
“Rustavi2.ge” portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.

Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən “Imedinews.ge” saytı bunu bütün qonşu dövlətlər üçün nümunə göstərib.
“Info9.ge” portalı isə yazır ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır.

“Interpressnews.ge” portalı Prezident İlham Əliyevə istinadla qeyd edib ki, Gürcüstan dinamik şəkildə inkişaf edir, iqtisadi artımı çox göz qabağındadır, ölkədə çox əlverişli investisiya mühiti yaradılıb.
“Primitime.ge” yazır ki, Azərbaycan Prezidentinin çıxışında iki ölkə arasında münasibətlərin daha dinamik şəkildə inkişafından məmnunluq ifadə olunub. Bildirilir ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Bu, hər zaman belə olub və gələcəkdə də belə olacaq.

“İpress.ge” saytı da Prezident İlham Əliyevin fikirlərinə yer verib: “Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

Bundan başqa, tvpirveli.ge, kvirispalitra.ge, formulanews.ge, netgazeti.ge, cbw.ge, georgiatoday.ge, bpn.ge, commersant.ge, ipress.ge, primetime.ge, 2020news.ge, tabula.ge, geotimes.com.ge, bm.ge, aktual.ge, 24news.ge, palitranews.ge, apsny.ge saytlarında və digər media orqanlarında da Azərbaycan Prezidentinin səfəri geniş işıqlandırılıb.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hava limanında qarşılanma mərasimi, eləcə də dövlətimizin başçısının Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi, Prezident Mixeil Kavelaşvili ilə görüşü barədə məlumatlar əksini tapıb.
Gürcüstan mətbuatının ən çox diqqət yetirdiyi məqam isə Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüşdən sonra dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər olub.

Dövlətimizin başçısının Cənubi Qafqazda sülh və təhlükəsizlik barədə fikirləri də geniş işıqlandırılıb: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”, – deyə Prezident İlham Əliyevə istinadla bildirilir.
Qeyd edək ki, ümumilikdə qonşu ölkənin 50-dən çox portal və televiziyasında 90-a yaxın material yayımlanıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı





































