Rəsmi xronika
Prezident Samir Şərifova yeni vəzifə verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncamda dəyişiklik edib.
Publika.az xəbər verir ki, Sərəncama əsasən, komissiyanın rəhbərliyində və tərkibində kadr dəyişiklikləri aparılıb.
Dəyişikliyə görə, komissiyanın sədri qismində "Azərbaycan Respublikasının energetika naziri" sözləri "Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz edilib.
Komissiyanın tərkibinə aşağıdakı yeni vəzifəli şəxslər daxil edilib:
Azərbaycan Respublikası energetika nazirinin müavini;
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini;
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.
Sərəncamda, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, komissiyanın tərkibində edilən bu dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərilsin.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

















.webp)


















