Rəsmi xronika
İlham Əliyev bu qanuna dəyişiklik etdi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib.
Publika.az xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilmişdir. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq. Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO

















.jpg)

















