Rəsmi xronika
Prezident Şahbaz Şəriflə telefonla danışdı
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", - məlumatda qeyd olunub.
Baş nazir qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək, Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb. Prezident Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. Baş nazir Şahbaz Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib.
Onlar Yaxın Şərqə xüsusi diqqət yetirməklə, regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. Prezident Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib.
Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Baş nazir Pakistana səfərə dəvət edib və Prezident Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib.
-
Magazin120:48Aygün Bəylərin bacısı soyadını dəyişdi
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi



















.jpg)
.png)



.jpg)

.jpg)










