Rəsmi xronika
Prezident: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb
Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.
"Son 20 il ərzində biz Bakıda 100 park və bağ salmışıq, onların 19-u isə tamamilə yenidən qurulub. İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan ekoloji baxımdan təmiz şəhərlər - bütün bunlar paytaxtın və təkcə paytaxtın yox - vahid inkişaf konsepsiyası kimi həyata keçirilir", - o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bir çox rayonlarında şəhər inkişafı çox sürətli templərlə gedir:
"Şübhəsiz ki, bu mühüm görüş və Birləşmiş Millətlər Təşkilatından olan dostlarımızın, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların təcrübəsi hamımıza daha çox şey öyrənməyə, bir-birimizdən öyrənməyə, müsbət təcrübəni mənimsəməyə, həmçinin səhvlərimiz barədə danışmağa kömək edəcək".
Prezident qeyd edib ki, Azərbaycan hökuməti Bakıda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə böyük işlər görüb: "Bakı dünyada 1846-cı ildə neftin çıxarıldığı ilk şəhər olub. Demək olar ki, bütün bu 180 il ərzində ətraf mühitin mühafizəsi məsələlərinə faktiki olaraq diqqət yetirilməyib. Ona görə də Bakı həddindən artıq çirklənmişdi. Əgər mən Qara Şəhər, Bibiheybət, Böyükşor kimi ərazilərin adını çəksəm, bəlkə də bu, əcnəbilərə heç nə deməyəcək. Amma əgər sizin bu yerləri ziyarət etmək və onların 20 il əvvəl necə göründüyü, bu gün isə necə göründüyü ilə bağlı videokadrlara və ya fotolara baxmaq imkanınız olsa, Bakıda ekoloji cəhətdən əlverişli mühitin yaradılması üçün necə böyük işlərin görüldüyünü görəcəksiniz".
Onun sözlərinə görə, o dərəcədə çirkləndiyi üçün bu adı almış "Qara Şəhər"in əvəzinə bu gün bizdə müasir şəhərsalma nümunəsi olan Ağ Şəhər var: "Bu, şəhər daxilində şəhərdir. Müasir şəhər inkişafının daha bir nümunəsi "Sea Breeze" kurort şəhəridir. Mən qonaqlarımıza, xüsusən də soyuq suda çimməyi sevənlərə oraya baş çəkməyi israrla tövsiyə edirəm. Bilirəm ki, bu zalda iştirak edənlər arasında belə insanlar var. Bu, müasir urbanistikanın daha bir nümunəsidir".
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Rəsmi xronika12:53İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
































.jpg)


