Rəsmi xronika
Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Publika.az təbrik məktubunu təqdim edir:
"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir.
Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.
Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür.
Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə sadiqlik bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin əsası olaraq qalacaq.
Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur. Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da artacaq. İnanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı dövlətlərimizin və xalqlarımızın maraqları naminə bundan sonra da möhkəmlənəcək.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU














.jpg)



















.jpg)


