Rəsmi xronika
Prezident Corc Ceykob Kuvakadı qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.
Publika.az xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunuldu. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olundu.
Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi.
Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olundu, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulandı.
Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edildi, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirildi.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunuldu, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edildi.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim etdi.
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
-
Sosial14:58Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
-
Sosial14:36ƏƏSMN bu qədər şəxsi işlə təmin etdi
-
Kriminal13:05Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ
-
Dünya12:08Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur
-
İdman11:08Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?
-
Rəsmi xronika11:00İlham Əliyev Malavi Prezidentini təbrik etdi
-
Region10:44Tsarukyanın evində axtarış aparılır
















.jpg)










.jpg)





.jpg)






