Rəsmi xronika
Gömrük rəsmiləşdirilməsi xərcləri sahibkarlara geri ödəniləcək
Prezident İlham Əliyev Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracını təşviq etmək məqsədilə Fərman imzalayıb.
Publika.az xəbər verir ki, sənədə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən ixrac olunan qeyri-neft-qaz məhsullarına görə ödənilən gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.
Fərmana görə, kompensasiya dəstəyi ixrac edilən məhsulun növündən, göndərildiyi ölkədən və müəyyən olunacaq yuxarı hədd nəzərə alınmaqla ödəniləcək.
Müəyyən edilib ki, kompensasiya ixracatçının müraciəti əsasında hər rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək. Dəstək yalnız faktiki ixrac olunmuş və mənşə sertifikatı ilə təsdiqlənən Azərbaycan məhsullarına şamil ediləcək.
Sənədə əsasən, kompensasiya mexanizminin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz məhsullarının ixracı üzrə gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə yığımların artırılmasına yol verilməyəcək.
Nazirlər Kabinetinə kompensasiyanın maliyyələşdirilməsi, eləcə də bu dəstəyin şamil olunmayacağı əməliyyatlar və şəxslərin siyahısının hazırlanması ilə bağlı tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyi isə üç ay ərzində kompensasiyanın tətbiq ediləcəyi məhsulların və ölkələrin siyahısını, dəstəyin yuxarı həddini, həmçinin müraciət və baxılma qaydalarını təsdiqləməlidir.
Qeyd edək ki, Fərmanın müvafiq müddəaları 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 2031-ci il sentyabrın 30-dək həyata keçirilən ixrac əməliyyatlarına şamil olunacaq.
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı

































.jpg)


