Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq - İlham Əliyev

Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq - İlham Əliyev

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir:

"Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələrin maraqlarına xidmət edir".

Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır:

"Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm