Rəsmi xronika
İlham Əliyev: İqtisadi inkişafla bağlı heç bir çətinlik gözlənilmir
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib:
"Bu gün xarici borc Azərbaycan ÜDM-nin yalınız 6 %-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. Çünki bizim həmin təsisatla güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Bizim çox məhsuldar və konstruktiv münasibətlərimiz inkişaf edib. Bu gün görüşlər ərzində bir çox sazişlər imzalanacaq ki, bu da yeni infrastruktur layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik".
İlham Əliyev həmçinin vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür:
"Biz daha çox bununla bağlı vəsaitlər cəlb edə bilərik. Lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır, sabit maliyyə vəziyyəti var, tarazlaşmış büdcəsi mövcuddur".
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə







.jpg)














.jpg)













