Rəsmi xronika
“Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev
“Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım”.
Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
“Biz deyirdik: “Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün”. Bunun müqabilində isə yalnız bir cavab alırdıq: “Gedin razılaşın”. Sonra deyirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Daha sonra bildirirdilər ki, siz müharibəyə başlaya bilməzsiniz. Həmçinin xəbərdarlıq edirdilər ki, əgər müharibəyə başlasanız, sanksiyalarla üzləşəcəksiniz. Bu cür çoxsaylı başqa mesajlar verilirdi, sadəcə vaxtınızı çox almaq istəmirəm”, - deyə Prezident vurğulayıb
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı












.jpg)




.jpg)




















