Rəsmi xronika
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - FOTO
İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.
Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.
Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü







































.jpg)



