Rəsmi xronika
Prezident ona yüksək vəzifə verdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir.
O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətində rəisin müşaviri vəzifələrində çalışıb.
Bu müddətdə strateji planlaşdırma, layihələrin idarə olunması, daxili və xarici kommunikasiyaların qurulması, insan resurslarının inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərib.
Hüseyn Əliyev 2019-cu ildən "Yüksəliş" müsabiqəsinin işçi qrupunun üzvü, 2022-ci ildən "CBC Sport" televiziya kanalının Müşahidə Şurasının üzvüdür. O, 2026-cı ilin may ayından etibarən Azərbaycan Güləş Federasiyasının Etika və İntizam Komitəsinin sədri vəzifəsini də icra edir.
Əmək fəaliyyətinə özəl sektorda başlayan Hüseyn Əliyev beynəlxalq və yerli şirkətlərdə 15 ildən çox rəhbər vəzifələrdə çalışıb.
Ailəlidir, iki övadı var.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi







.jpg)






081218_2.jpg)








.jpg)














