Rəsmi xronika
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Publika.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.
Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.
Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi "Paşa Holdinq"in dəstəyi ilə reallaşır.
Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi







.jpg)






081218_2.jpg)








.jpg)














