Rəsmi xronika
Naxçıvanda Prezidentin nümayəndəsinə yeni köməkçi təyin olunacaq
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi, onun müavinləri və köməkçisi dövlət qulluqçusu statusu daşıyan şəxslərin dairəsinə daxil edilir və dövlət qulluğunun təsnifatı qanunvericilikdə yenidən tənzimlənir.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsinə və 33-4-cü maddəsinin "Qeyd" hissəsinə Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi və onun müavinləri əlavə olunub. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının statusuna inteqrasiya edilir.
Qanuna edilən digər əlavə ilə dövlət qulluğu vəzifələrinin təsnifatına yeni bənd daxil edilib. Yeni 11.1.4.16-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi dövlət qulluğu vəzifələrinin təsnifat siyahısına salınacaq. Bu tənzimləmə çərçivəsində qanunun 11.1.2.5-ci, 11.1.2.12-ci və 11.1.4.2-ci maddələri ləğv edilir.
Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var

































.jpg)



