Rəsmi xronika
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib.
Publika.azxəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrimizin Azərbaycan və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da inkişaf etdiyini vurğuladı.
Türkiyənin ədliyyə naziri dövlətimizin başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, beynəlxalq nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxundu.
Akın Gürlek, həmçinin Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğuladı və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını dedi.
Söhbət zamanı bütün sahələri əhatə edən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Ölkələrimizin Ədliyyə nazirlikləri arasında səmərəli tərəfdaşlığın qurulduğu bildirilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO




































.jpg)



