Rəsmi xronika
Prezident bu qanunu təsdiqlədi
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən investisiya layihələrinin torpaq təminatı və maliyyə zəmanəti mexanizmləri sadələşdirilir, layihələrin icrası üçün dövlət torpaqlarının özəl tərəfdaşlara birbaşa icarəyə verilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyinə həvalə olunur.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Torpaq Məcəlləsində, habelə torpaq icarəsi, torpaq bazarı, dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının idarə edilməsi və tənzimlənən qiymətlər haqqında qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan Qanunu təsdiqləyib.
Bununla yanaşı, dövlət başçısı sözügedən qanunun icrasını təmin etmək məqsədilə Torpaq Məcəlləsinin tətbiqi barədə Fərmanda dəyişiklik edilməsi haqqında yeni Fərman imzalayıb.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahələri özəl tərəfdaşa müsabiqə şərtlərinə və bağlanılan müqaviləyə uyğun olaraq birbaşa icarəyə verilə biləcək. Bu addım torpaq bazarı, özəlləşdirmə və bələdiyyə torpaqlarının idarə olunması qaydalarındakı ümumi hərrac və müsabiqə məhdudiyyətlərindən istisna edilib. Həmçinin, biznes mühitinin cəlbediciliyini artırmaq üçün müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu təqdirdə, dövlət tərəfindən özəl tərəfdaşa tənzimlənən qiymətlərin (tariflərin) səviyyəsinə dair rəsmi maliyyə təminatı veriləcək.
Prezidentin imzaladığı tətbiq fərmanına əsasən, Torpaq Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş idarəetmə səlahiyyətləri daxilində dövlət-özəl tərəfdaşlığı layihələri üçün torpaq sahələrinin özəl tərəfdaşa icarəyə verilməsini rəsmən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Fərmanla Torpaq Məcəlləsinin icrası ilə bağlı 2000-ci ilə aid köhnə fərmanın strukturu yenidən qruplaşdırılaraq təsnif edilib.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO






.jpg)






.webp)






















