Rəsmi xronika
Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı dəyişiklik təsdiqlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" qanunda dəyişikliyi imzalayıb.
Sənədə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarında kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Həmçinin dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilir. Belə ki, sənədə əsasən, ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.
Qanunda vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.
Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.
Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.
Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.
İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Bundan başqa, dövlət başçısının müvafiq Fərmanı ilə yaşıllıqların götürülməsi haqda qərarın qəbul edilməsi prosesinin sadələşdirilməsi nəzərdə tutulur. Fərmana əsasən, Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Rəqəmsal ekologiya" informasiya sistemi üzərindən elektron formada həyata keçirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO






.jpg)





.webp)























