Rəsmi xronika
Prezident ona yüksək vəzifə verdi - FOTO
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin etmişdir. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.
Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji layihələrin idarə edilməsindən başlayaraq, Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.
O, dövlət və korporativ səviyyədə uzunmüddətli informasiya texnologiyaları strategiyalarının hazırlanması və uğurla həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Peşəkar fəaliyyətinin əsas istiqamətlərinə strateji planlaşdırma, böhran idarəçiliyi, eləcə də genişmiqyaslı institusional dəyişikliklər şəraitində kompleks layihələrin idarə olunması daxildir.
Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var

































.jpg)



