Rəsmi xronika
Prezident fərman imzaladı
Azərbaycanda ərazilərin tam bərpa edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək yeni sosial-demoqrafik qiymətləndirmə və əhalinin siyahıyaalınması həyata keçiriləcək.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, ölkədə növbəti əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək. Siyahıyaalmanın hazırlanması, keçirilməsi, yekunlarının işlənilməsi və nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub.
Nazirlər Kabineti əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir. Hökumət həmçinin zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarının Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasını təmin edəcək.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






.jpg)











.jpg)

















