Rəsmi xronika
İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Publika.az xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi.
Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi.
Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu.
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər














.jpg)

.jpg)
























