Rəsmi xronika
Prezident daha bir sərəncam imzaladı
Azərbaycan ilə Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib və komissiyanın həmsədri səviyyəsi nazir müavinindən nazir statusuna qaldırılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla komissiyanın adında və mətnində keçən “Çexiya” sözləri “Çex” sözü ilə əvəz olunub. Eyni zamanda komissiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat nazirinin müavini Anar Axundovun əvəzinə birbaşa Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi komissiyanın tərkibində və rəsmi adında edilən bu dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO





































