Rəsmi xronika
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsininin prezidenti, Böyük Britaniyanın Maliyyə Nazirliyində İqtisadi Cinayətkarlıq və Sanksiyalar üzrə direktor Giles Tompson, Türk Dövləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Eqmont Qrupun sədri, Polşanın Maliyyə Nazirliyinin Maliyyə Məlumatları Departamentinin direktor müavini Elzbieta Franko-Yaskeviç, Eqmont Qrupun icraçı katibi, Fransanın Maliyyə Kəşfiyyat Orqanının Beynəlxalq əməkdaşlıq departmantinin direktor müavini Jerom Bomon, "MONEYVAL" şirkətinin prezidenti, San Marinonun Maliyyə Kəşfiyyat Orqanının direktoru Nikolla Muçiolli, Eqmont Qrupun sədr müavini, Almaniyanın Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Daniel Telesklaf və Eqmont Qrupun sədr müavini, Səudiyyə Ərəbistanının Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Məhəmməd bin Əbdülrahman Almuhannanı qəbul edib.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın Eqmont Qrupun illik plenar sessiyasına ev sahibliyi etdiyi vurğulanaraq, tədbirin yüksək səviyyədə təşkil olunduğu, orada səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Görüşdə Azərbaycanla nümayəndə heyətinə daxil olan qurumlar arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görüldüyü, bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyi bildirildi.
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO

















.jpg)















.jpg)



