Rəsmi xronika
Prezident: "Artıq köçkün həyatı keçmişdə qaldı"
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşündə deyib:
"Sizi təbrik edirəm doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə cansağlığı arzulayıram, uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə".
Dövlət başçısı xatırladıb ki, iki həftə bundan əvvəl biz Silahlı Qüvvələr Günü qeyd etmişik: "Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq".
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı






.jpg)





.jpg)























