Prezident: Azərbaycanın Avropaya qaz ixracını artırmaq üçün böyük potensialı var
Bizi izləyin

Rəsmi xronika

Prezident: Azərbaycanın Avropaya qaz ixracını artırmaq üçün böyük potensialı var

Prezident: Azərbaycanın Avropaya qaz ixracını artırmaq üçün böyük potensialı var

Azərbaycan yeni qaz yataqlarının istismarı və bərpa olunan enerji layihələri hesabına qaz hasilatını artırmağı, Avropaya ixracı genişləndirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan hazırda Avropa İttifaqına qaz tədarükünü artırmaq üçün geniş imkanlara malikdir:

"Bir ay əvvəl “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layihəsi çərçivəsində yeni qaz yatağından hasilata başlanılıb, mövcud yataqlarda isə hasilatın artırılması istiqamətində işlər davam etdirilir. 2032-ci ilədək ölkədə bərpa olunan enerji istehsalı 8 giqavata çatdırılacaq. Bu isə hər il 2-3 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək və həmin qaz ixraca yönəldiləcək"

Dövlət başçısı vurğulayıb ki, 2022-ci ildən bəri Azərbaycanın Avropa İttifaqına qaz ixracı 65 faiz artıb:

"Hazırda əsas prioritet qaz nəqli infrastrukturlarının genişləndirilməsi və yeni bazarlara çıxışın təmin edilməsidir. Bunun üçün uzunmüddətli qaz müqavilələri vacibdir. Hasilatı artırmaq böyük sərmayələr tələb edir. Buna görə də uzunmüddətli kontraktlar bizim üçün əsas şərtdir”.

İlham Əliyev əlavə edib ki, Avropa banklarının ənənəvi enerji layihələrini maliyyələşdirməkdən çəkinməsi bu sahədə müəyyən çətinliklər yaradır:

"Buna baxmayaraq, Azərbaycan bazarlarını şaxələndirir və artıq Suriyaya da qaz ixrac edir".

Dövlət başçısı Avropa Komissiyası ilə əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq bildirib ki, son aylarda Avropa Komissiyasının prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Aİ-nin xarici siyasət rəhbərinin Azərbaycana səfərləri zamanı ikitərəfli münasibətlər və qlobal proseslər ətrafında məhsuldar müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm