Rəsmi xronika
İlham Əliyev: Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır
Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq-qardaşlıq dayanır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dostluq münasibətiləri bu əlaqələri daha da yüksək səviyyəyə qaldırıb.
Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"Onu da bildirməliyəm ki, Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Özbəkistan Prezidenti olub. Füzulidə Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilib və biz ikimiz o məktəbin açılışını etmişik. Ondan sonra digər qardaş dövlətlər – Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələr bizə hədiyyələr etmişdir", - prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Özbəkistanda olanda xalqlar arasındakı yaxınlığa və bağa şahid olur:
"Mən orada yazılara baxanda görürəm ki, heç bir tərcüməyə ehtiyac yoxdur, dillərimiz də bir-birinə bənzəyir, tələffüzdə fərq var, amma hər şey anlaşılır. Bizi çox böyük tarixi əlaqələrimiz birləşdirir, Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritetlərdən biridir".
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz






.jpg)












.jpg)

















