Rəsmi xronika
Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı
Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ilin iyun ayında axşam saatlarında Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə hamam otağının kiçik nəfəsliyinin pəncərəsini sındıraraq qanunsuz daxil olub. O, evdən ümumi dəyəri 19 min 590 manat olan müxtəlif qızıl-zinət əşyalarını gizli şəkildə talayaraq hadisə yerindən uzaqlaşıb.
Oğurlanan əşyalar arasında müxtəlif çəkidə boyunbağılar, bilərziklər və bir neçə qızıl üzük olub. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deyərək oğurladığı qızılları Bakının Əcəmi və Nərimanov ərazilərində yerləşən üç müxtəlif yerdə ümumilikdə 7 min 300 manata satdığını etiraf edib. O, saxlanıldıqdan sonra zərərçəkmişə 2 min 500 manat ödənildiyini, sonradan əlavə 11 min manatın da ödənilməsinin təklif olunduğunu, lakin zərərçəkmişin bunu qəbul etmədiyini bildirib.
Zərərçəkmiş isə ifadəsində hadisə zamanı ailəsi ilə birlikdə rayonda olduğunu, evə qayıtdıqda hamam otağının nəfəsliyinin sındırıldığını, otaqların dağıdıldığını və qızıl-zinət əşyalarının oğurlandığını gördüyünü deyib. O, təqsirləndirilən şəxsin yaxın qohumu olduğunu vurğulayaraq, buna baxmayaraq onu bağışlamadığını və cəzalandırılmasını istədiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilərək ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.(Qaynarinfo)
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin












.jpg)




















.jpg)



