Rəsmi xronika
İlham Əliyev İrlandiya səfirinin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.
Publika.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxundu.
Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtımızın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirdi, Azərbaycanın gözəl ölkə olduğunu vurğuladı.
Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını bir daha təbrik etdi.
Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, ölkəmizlə bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirdi. O, həmçinin İrlandiyanın “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi.
Kler Brosnan COP29-da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğuladı.
Dövlətimizin başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkəmizdə bu istiqamətdə görülən işlərə toxundu.
Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.jpg)







.png)



















