Rəsmi xronika
Azərbaycan BƏT-in üç konvensiyasına qoşulmağı planlaşdırır
Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında qeyd olunub.
Sənəddə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2027-2030-cu illər ərzində Beynəlxalq Əmək Təşkilatının 184, 190 və 191 nömrəli konvensiyalarına qoşulmaqla bağlı təkliflər hazırlayacaq.
Qeyd edək ki, BƏT-in 184 nömrəli Konvensiyası (2001) kənd təsərrüfatında əməyin təhlükəsizliyi və sağlamlığı haqqındadır. Bu Konvensiya kənd təsərrüfatı sahəsində çalışan işçilərin təhlükəsizliyi və sağlamlığının qorunmasına dair minimum beynəlxalq standartları müəyyən edir.
Təşkilatın 190 nömrəli Konvensiyası (2019) əmək aləmində zorakılıq və qısnama haqqında sənəddir. Konvensiya əmək münasibətləri sahəsində zorakılıq və qısnamanın, o cümlədən gender əsaslı zorakılığın qarşısının alınmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir.
BƏT-in 191 nömrəli Konvensiyası isə (2023) təhlükəsiz və sağlam iş mühiti haqqındadır. Sənəd təhlükəsiz və sağlam iş mühitinin BƏT-in əsas əmək hüquqları çərçivəsinə daxil edilməsi ilə əlaqədar bir sıra əvvəlki konvensiyalara texniki dəyişikliklər edir.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü






.jpg)







.png)



















