Rəsmi xronika
İlham Əliyev Mixael Harms ilə görüşdü - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edildi.
Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparıldı.
Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq, Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunuldu, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edildi.
Söhbət zamanı, həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparıldı.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü






.jpg)







.png)



















