Rəsmi xronika
İlham Əliyev fərman imzaladı
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Mərkəzin fəaliyyət istiqamətlərinə gəlincə, ölkənin strateji maraqları baxımından beynəlxalq gündəlikdə duran məsələlərə, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə və xarici dövlətlərlə münasibətlərinə dair araşdırmalar aparmaq, dünyada və regionda baş verən münaqişələr, habelə siyasi, ictimai, hüquqi, iqtisadi və digər proseslərlə bağlı problemləri öyrənmək, elmi tədqiqatını və təhlilini həyata keçirmək, onları proqnozlaşdırmaq, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri üzrə araşdırmalar aparmaq, qeyd olunan sahələrdə elmi-analitik, proqnoz xarakterli təkliflər və onların həlli yollarına dair təkliflər hazırlamalıdır.
Bundan başqa, beynəlxalq münasibətlər, regional proseslər və multikulturalizm sahəsində elmi-analitik tədqiqatların inkişafını təmin etmək, eləcə də dünyada və regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etmək də mərkəzin fəaliyyət istiqamətləri arasındadır.
Mərkəz eyni zamanda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
İdarə Heyətinin tərkibi 3 üzvdən - Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun 2 müavinindən ibarətdir.
Mərkəzin nizamnamə fondu 4 milyon 212 min 500 manatdır.
Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Prezidentinə təqdim ediləcək.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



