Rəsmi xronika
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Publika.az xəbər verir ki, yeni qanun ölkədə kraudfandinq (kütləvi maliyyələşdirmə) fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməyi və bu sahəni tənzimləməyi nəzərdə tutur.
Dəyişikliklərdə əksini tapan əsas məqamlar aşağıdakılardır:
Dövlət Rüsumu və Reyestr: Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) reyestrinə daxil edilməsi üçün 2 750 manat məbləğində dövlət rüsumu müəyyən edilir.
Kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət subyektləri sırasına daxil edilir. Operatorlar fəaliyyətlərinə dair hesabatları AMB-yə təqdim etməli olacaqlar.
Kraudfandinq qanunvericiliyinin pozulmasına görə ciddi cərimələr tətbiq ediləcək:
Məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək;
Hesabatların təqdim edilməməsinə və ya təhrif olunmasına görə hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək;
Pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək cərimə ediləcək.
Xaricə köçürmələrlə bağlı təsdiqedici sənədlərin müəyyən edilmiş müddətdə müvəkkil banklara və ya Mərkəzi Banka təqdim edilməməsinə, yaxud xaricdən qaytarılmalı olan valyutanın hesaba köçürülməməsinə görə fiziki şəxslər valyuta məbləğinin 5%-dən 10%-dək, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimələnəcəklər. Kraudfandinq çərçivəsində qiymətli kağızların emissiyası və kütləvi təklifi isə "Kraudfandinq haqqında" yeni qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Kraudfandinq platformalarının operatorları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin subyektlərinə çevrilirlər.
Qanun "Kraudfandinq haqqında" qanunla eyni gündə qüvvəyə minəcək.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



