Rəsmi xronika
Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq - FƏRMAN
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərinin icraçı direktorları və onların müavinləri "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"na daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədə əsasən, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” fərmanda dəyişiklik edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə aşağıdakı vəzifəli şəxslərə xüsusi dövlət rabitəsi hüququ verilib:
"5. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 673 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 29.15-ci və 29.23-cü bəndləri ləğv edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:
5.2.1. aşağıdakı məzmunda 27-1-ci hissə əlavə edilsin:
“27-1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə:
27-1.1. Aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri;
27-1.2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri;
27-1.3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri;
27-1.4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri.”; - fərmanda qeyd olunub.
Dövlət başçısı həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki qurumların yenidən təşkili ilə bağlı əvvəlki fərmanda dəyişiklik edilməsi barədə də sənəd imzalayıb.
Yeni qərara əsasən, yenidən qurulan idarəetmə orqanlarının idarə heyətinin formalaşdırılması qaydaları təkmilləşdirilib.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 2, maddə 119) 3.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.2-ci yarımbəndə “sədrinin” sözündən sonra “və digər üzvlərinin” sözləri əlavə edilsin.
2. 3.3.3-cü yarımbənd ləğv edilsin",- fərmanda bildirilib.
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev
-
Rəsmi xronika11:09İlham Əliyev Mərakeş Kralını təbrik etdi








.jpg)


.jpg)





.jpg)






.jpg)










