Rəsmi xronika
İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstana dövlət səfəri edib.
Publika.az xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşıladılar.
xxx
Mərkəzi Asiya respublikaları və Azərbaycan prezidentləri 30 iyul - 1 avqust tarixlərində Qırğızıstanda qeyri-rəsmi məsləhətləşmə görüşü keçirəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2026-cı il iyulun 30-dan avqustun 1-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycan Respublikasının Prezidentinin qeyri-rəsmi məsləhətləşmə görüşü keçiriləcək.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
Mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, energetika, turizm, nəqliyyat dəhlizlərinin genişləndirilməsi, regionda mədəni-humanitar əlaqələrin inkişafı sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi































.jpg)



