Rəsmi xronika
Prezident toxumçuluqla bağlı fərman imzaladı
Azərbaycanda seleksiya və toxumçuluq sahəsində informasiya sisteminin aparılması, dövlət rüsumlarının tutulması, toxum əməliyyatçılarının qeydiyyatı və texniki tənzimləmə ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu və onun tətbiqi ilə bağlı Fərmanı imzalayıb.
Dəyişikliklərə əsasən, seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatı – Reyestr yaradılır. Reyestr seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə bağlı bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatları əhatə edəcək. Reyestr elektron qaydada aparılacaq və bununla bağlı səlahiyyət Kənd Təsərrüfatı Nazirliyinə veriləcək.
Qanuna toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə dövlət rüsumları əlavə edilib.
Belə ki, seleksiya və toxumçuluq sahəsində informasiya sistemindən çıxarışın verilməsi üçün dövlət rüsumu 50 manat, çıxarışın dublikatının verilməsi üçün 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın verilməsi üçün isə 25 manat müəyyənləşdirilib.
Bununla yanaşı, toxum əməliyyatçılarının qeydiyyata alınmasına dair informasiya sistemindən çıxarış sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilib.
Dəyişikliklərlə bitki sortlarının toxumlarına dair məcburi tələblərin “Texniki tənzimləmə haqqında” Qanunun təsir dairəsinə daxil olmadığı da müəyyən edilib.
Prezidentin Fərmanı ilə Reyestrin və dövlət rüsumlarına dair informasiya sisteminin Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi üzərindən aparılması müəyyənləşdirilib. Həmçinin qanunun icrası ilə bağlı digər səlahiyyətli dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO















.webp)

.jpg)
.jpg)






.webp)












