Rəsmi xronika
Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq
Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi bazanın yaradılması hədəflənir.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda dayanıqlı turizm, o cümlədən turizmdə iqlim fəaliyyəti ilə bağlı tənzimləmə mexanizminin yaradılması yer alıb.
Həmçinin, dövlət qoruqlarında (abidələrin ərazilərində) dayanıqlı turizmin təşkil edilməsi, təbiət ərazilərində, o cümlədən milli parklarda
dayanıqlı turizmin təşkil edilməsi, ov turizminin inkişafı məqsədilə ov təsərrüfatlarının yenidən qurulması, Naftalan şəhərində turizmin inkişaf etdirilməsi, turizm potensialı olan kəndlərdə "turizm kəndi" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması Proqramın hədəfləri sırasındadır.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?






.jpg)





























