Rəsmi xronika
Son beş ildə Özbəkistana 7 dəfə səfər etmişəm - İlham Əliyev
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin həmrəyliyə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası əlaqələr son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə aralarında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrin yüksəlməsində xüsusi rol oynayır:
“Son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı üçün əlverişli şərait yaradır. Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram”.
Prezident vurğulayıb ki, 2024-cü ilin avqustunda və 2025-ci ilin iyulunda reallaşan qarşılıqlı dövlət səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil dövlət arasında təbii müttəfiqliqliyi rəsmən möhkəmləndirib. Ayrıca, 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?






.jpg)




























